Prezident: Ermənilər övladlarını Türkiyəyə və Azərbaycana nifrət ruhunda tərbiyə edirlər

    ÖLKƏ

    25 Noyabr 2022 | 14:11

    O ki qaldı regionda dinc birgəyaşayışa, erməni cəmiyyəti onilliklər ərzində erməni diasporu və erməni millətçiləri tərəfindən aparılmış təbliğat ilə zəhərlənib. Bu, ermənilərin Qarabağın azərbaycanlı kəndlərində və şəhərlərində, həmçinin azərbaycanlılara qarşı törətdiklərinin səbəblərindən biridir. Ermənilər övladlarını Türkiyəyə və Azərbaycana nifrət ruhunda tərbiyə edirlər.

    Pressa xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

    “Türkofobiya və azərbaycanofobiya Ermənistanın ideologiyası olmuşdur. Onlar özlərinin tarixi və tarixi şəxsləri haqqında o qədər miflər fikirləşiblər ki, artıq özlərinin uydurmalarına inanmağa başlayıblar. Ermənistanın bütün tarixi, Ermənistanın bütün tarixi irsi saxtadır” - dövlət başçısı qeyd edib.



    XƏBƏR LENTİ

    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023
    27 Noyabr 2023
    26 Noyabr 2023
    25 Noyabr 2023
    24 Noyabr 2023