Prezident bu Sazişi təsdiq etdi

    ÖLKƏ

    04 Fevral 2023 | 14:58

    Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.

    Pressa xəbər verir ki, fərmana əsasən, 2022-ci il avqustun 14-də Türkmənbaşı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

    Qeyd olunub ki, bu fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

    Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə və Türkmənistan Hökumətinə bildiriş göndərməlidir



    XƏBƏR LENTİ

    20 Mart 2023
    18 Mart 2023
    17 Mart 2023
    16 Mart 2023
    15 Mart 2023