Prezident: Azərbaycan-Moldova əlaqələri çox yaxşı səviyyədədir

    ÖLKƏ

    24 Noyabr 2022 | 15:12

    Azərbaycan-Moldova ikitərəfli əlaqələri çox yaxşı səviyyədədir.

    Pressa xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Moldova Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenkonun etimadnaməsini qəbul edərkən bildirib. Azərbaycan dövlət başçısı konkret sahələr üzrə əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu qeyd edib.

    Siyasi sahədə yaxşı qarşılıqlı fəaliyyətin olduğunu qeyd edən dövlət başçısı yüksək səviyyədə təmasların əhəmiyyətini və ticarət mübadiləsinin artırılmasının vacibliyini vurğulayıb, nəqliyyat, energetika, investisiya qoyuluşu sahələrində əlaqələrin dərinləşdirilməsi üçün imkanların olduğunu deyib. Beynəlxalq səviyyədə ölkələrimizin qarşılıqlı dəstəyinə toxunan Prezident İlham Əliyev Azərbaycanın və Moldovanın ikitərəfli formatda da həmrəylik nümayiş etdirdiklərini vurğulayıb.

     



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024