Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri ictimaiyyətə təqdim olunub

    TƏHSİL

    04 May 2022 | 14:35

    Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov ictimaiyyətə təqdim olunub.

    Pressa-nın məlumatına görə, bununla əlaqədar olaraq Yevlax Rayon Təhsil Şöbəsinin inzibati binasında tədbir keçirilib.

    Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimovu Təhsil Nazirliyinin Aparat rəhbəri Həsən Həsənli ictimaiyyətə təqdim edib.

    Mərasimində Yevlax Rayon İcra Hakimiyyətinin rəsmiləri, regionun təhsil şöbələrinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

    Qeyd edək ki, Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon təhsil şöbələrinin əsasında yaradılıb.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024