Pıtırqan kökündən hazırlanan 5 mükəmməl məlhəm

    SON XƏBƏRLƏR

    21 Mart 2023 | 12:39

    Pıtırqanın xalq təbabətində istifadə edilən müalicəvi xüsusiyyətə malik bitkidir.

    Pıtırqan kökü qurudularkən yuyulmur, bir az havaya verilib fırça ilə təmizlənir, uzununa kəsilir və qurudulur. Apteklərdə hazır üyüdülmüş pıtraq kökü tozu əldə edə bilərsiniz.

     

    Pıtırqan bitkisinin faydaları:

    Pıtırqan sidikqovucu və tərlədici vasitədir

    Revmatizm və raxitin müalicəsi üçün təsirlidir

    Babasilin mealicə edilməsində istifadə olunur

    Xroniki qəbizlikdə pıtırqanın tumlarından istifadə edilir

    Saçların tökülməsinin qarşısını alır

    Mədə-bağırsaq yolunun fəaliyyəti üçün faydalıdır

    Yanıqların müalicəsində istifadə edilir

    Ekzemalarda çox yaxşı təsir edir

    Qaraciyərin və mədəaltı vəz xəstəliklərinin müalicəsində yaxşı təsir edir

    Öd daşlarının əriməsində təsirlidir

    Beyin damarlarının təmizlənməsinə kömək edir

    Oynaqlarda duzlaşmanın qarşısını alır

    Qəbizliyin qarşısını alır

    Pıtırqanın təzə əzilmiş kökü daha yaxşı təsir göstərir.

    Müalicəvi xüsusiyyətə malik 5 resept:

    1. 15 q pıtırqan kökü 200 q suda dəmlənir, 20 dəqiqə saxlanır, soyudulub süzülür və gündə 1 xörək qaşığı içilir. Bu, mədə-bağırsaq yolunun fəaliyyətini yaxşılaşdırmaq üçün istifadə edilir.

    2. Pıtırqan tumundan həlim (qarınişlədici vasitə) – 20 q pıtırqan tumu, 200 q sudan yüngül həlim kimi hazırlanır.

     Əvvəldə göstərdiyimiz həlim suyu yarıbayarı qalana qədər qaynadılır, özü qədər keçi piyi ilə (qızdıraraq) qarışdırılır, bir bardağa tökülüb qapağı bağlanır, qıraqları xəmirlə tutulur, bir neçə saatlığa sobaya qoyulur; bərkimiş kütlədən su boşaldılır (əgər hamısı buxarlanmayıbsa). Bu məlhəm saçların bərkidilməsi üçün yaxşı vasitədir.

    3. 4 stəkan suya 4 xörək qaşığı pıtırqan kökü tökülüb qaynadılır, onun 1 hissəsinə 4 hissə kərə yağı tökülüb qarışdırılır. Yanıqlarda istifadə olunur.

    4. 20 q qurudulmuş pıtırqan yarpağı, 20 q çobanyastığı gülü, 20 q yağıotu bitkisi götürülür, 4 stəkan suya tökülüb qaynadılır. Buna 1 xörək qaşığı kərə yağı və 2 stəkan sənamaki ovuntusu həlimi tökülür və yenidən saqqız kimi dartınan bir məhlula çevrilənə qədər bişirilir (bunu su hamamında bişirmək yaxşıdır). Süzdükdən sonra yarıbayarı qliserinlə qarışdırılır. Bu məlhəm ekzemalarda çox yaxşı nəticə verir.

     5. 1 xörək qaşığı pıtırqan kökü tozunu 400 ml suya əlavə edib 15 dəqiqə qaynatmaq lazımdır. Qaynatdıqdan sonra qapağı bağlı qabda 2 saat saxlamaq lazımdır. Daha sonra gündə 3 dəfə yarım saat yeməkdən öncə yarım stəkan qəbul etmək lazımdır. Bununla damarların təmizlənməsi, qəbizliyin aradan qaldırılmasına nail olmaq olar. Bu qarışımlı su ilə saçları yaxalamq saçların tökülməsinin qarşısı almaq üçün çox effektivdir.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024