“Pfizer” və “BioNTech” “Omikron” ştamına qarşı vaksin üzərində sınaqlara başlayıb

    25 Yanvar 2022 | 17:26

    “Pfizer” və “BioNTech” şirkətləri koronavirusun “Omikron” ştamına qarşı vaksinin yenilənmiş versiyaları üzərində kliniki sınaqların başlandığını bəyan ediblər.

    Pressa “Pfizer” şirkətinin məlumatına istinadən xəbər verir ki, tədqiqatda 18-65 yaş arası 1 420 nəfər iştirak edəcək.

    Tədqiqat iştirakçıları 3 qrupa bölünəcək. Belə ki, sınaqlardan 90-180 gün əvvəl “Pfizer/BioNTech” vaksininin 2 dozası vurulmuş şəxslərə “Omikron” ştamına qarşı yenilənmiş vaksinin 1 və ya 2 dozası vurulacaq. Sınaqlardan 90-180 gün əvvəl “Pfizer/BioNTech” vaksininin 3 dozası vurulmuş şəxslərə vaksinin köhnə və ya yenilənmiş variantının 1 dozası vurulacaq. Ümumiyyətlə peyvənd olunmamış şəxslərə isə “Omikron” ştamına qarşı vaksinin 3 dozası vurulacaq.

    Daha əvvəl “Pfizer” şirkəti vaksinlərinin 3 dozasının “Omikron” ştamına qarşı effektiv olacağını bəyan etmişdi. Lakin bəzi araşdırmalara görə, “BioNTech/Pfizer” vaksini yeni ştama qarşı mübarizədə 32 dəfə daha az effektiv ola bilər.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024