Peyvənd olunduqdan sonra bunları etməyin!

    DÜNYA

    20 Iyul 2021 | 18:47

    Mövzuyla bağlı həkim-terapevt, immunoloq İrina Yartseva fikirlərini bölüşüb.

    Pressa "Lent.az"a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə ən əsası bədənin rahatlığını qorumaqdır: “Peyvənd gününün axşamı, istilər azaldıqda çimərlikdə rahatlanmaq mümkündür".
    Terapevt koronavirusa qarşı peyvənd edildikdən dərhal sonra çimərlikdə istirahət etməyin təhlükəli olmadığını bildirib:

    “Peyvənd olunduqdan sonra çimərliyə getməkdə heç bir əks-təsir görmürəm. Dənizdə üzmək ağırlaşdırıcı fəsad yaratmır. İnyeksiya yerinin islanmasından qorxursanızsa, narahat olmayın. Edə bilərsiniz”.

    O, əlavə edib ki, prosedurdan sonra ən azı bədən temperaturunun qalxması müşahidə edilə bilər: “Bu zaman normal tepmeraturlu otaqda qalmağı, dincəlməyi məsləhət görürəm. İlk gün bədəni yüksək temperaturdan və ya ağır idman məşğələlərindən qorumaq lazımdır. Bir sözlə, bədəni həddindən artıq yükləməmək tövsiyə olunur”.

    Qeyd edək ki, daxili xəstəliklər klinikasının – “Avropa Tibb Mərkəzi”nin baş həkimi Svetlana Bunova isə cimərlik tətilinə yalnız koronavirusa qarşı ikinci peyvənddən 21 gün sonra getməyi məsləhət görür. Onun sözlərinə görə, bu müddət ərzində bədəndəki infeksiyaya qarşı antikorlar tam formalaşır.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024