Peskov: Rusiya sülhməramlıları Qarabağda fəaliyyətini davam etdirəcək

    SİYASƏT

    25 Sentyabr 2023 | 15:08

    Rusiya sülhməramlıları Qarabağda fəaliyyətini davam etdirəcək, lakin onların bu regionda qalma müddəti barədə danışmaq hələ tezdir.

    Pressa-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

    Kremlin sözçüsü Rusiya sülhməramlılarının yaxın gələcəkdə Qarabağda qalıb-qalmayacağı ilə bağlı sualı belə cavablandırıb: “Hələlik kimsə bunu deyə bilməz. Onlar indi faktiki olaraq Azərbaycan ərazisindədirlər. Bakı ilə təmaslarımızı davam etdiririk, sülhməramlılar yardım göstərir və Qarabağ erməniləri ilə Azərbaycan hakimiyyəti arasında artıq başlayan danışıqlarda iştirak edirik. Hazırda bu iş davam edir", - deyə Peskov vurğulayıb.

     



    XƏBƏR LENTİ

    04 Dekabr 2023
    02 Dekabr 2023
    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023