Pensiya yaşı endirilir? - Milli Məclisdə müzakirə

    ÖLKƏ

    30 May 2023 | 14:56

    “Fəhlələr 65 yaşına kimi necə işləsin?”

    Millət vəkili Tahir Kərimli Milli Məclisin bu gün keçirilən iclasında pensiya yaşının azaldılması təklifi ilə çıxış edib.

    "Təklif edirəm ki, kişilər 62, qadınlar isə 59 yaşında pensiyaya çıxsın. Üç uşağı olan analar 55 yaş, beş uşağı olanlar isə 50 yaşında pensiyaya çıxarılsın” – Tahir Kərimli deyib.

    O qeyd edib ki, pensiya yaşı mütləq aşağı salınmalıdır:

    “Amma pensiyaya çıxmağı vətəndaşın özünün seçiminə buraxmaq lazımdır. Bir çox ölkədə pensiyaya çıxmaq üçün yaş həddi bizdən aşağıdır. Ona görə də bu məsələyə bir qədər diqqətlə yanaşmalıyıq”.

     



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024