Pensiya alanların orta yaşı açıqlanıb

    ÖLKƏ

    25 Noyabr 2022 | 15:16

    “Pensiya yaşı ilə bağlı müəyyən rəqəmlər səslənmişdi. 65 yaşına çatan insanlar arasında 60 % pensiya alan var, 40 % sosial müavinət alır”.

    Pressa xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

    Nazir bildirib ki, sığorta əsaslı pensiya sisteminə malik olmaq üçün addımlar atılır: “Sosial sığorta ödənişi həyata keçirmiş insanların hər biri pensiya çətiri ilə əhatə olunub. Sosial sığorta ödəməyənlərə eyni yanaşmanı tətbiq edə bilmərik. Fərdi uçot sistemində 2006-cı ildən sonra sosial sığortaya görə amnistiya tətbiq edilib. Bu, çox böyük humanist addımdır. Sığortanı vaxtlı-vaxtında ödəyən şəxslər var, onlar fərqləndirilməlidir. Sosial sığorta ödəməyən şəxslərə sosial müavinət verilir. Bir daha vurğulamaq istəyirəm ki, ömür uzunluğu ilə bağlı rəqəmlər səsləndirilir. Beynəlxalq təcrübədə pensiya dövrü 12 il olaraq hesablanır. Bu, sosial sığorta sistemidir. Bu gün bizdə pensiya çıxanların 68%-i 12 ildən çox pensiya alır. Bu gün bizdə pensiya yaşı 65 olsa da, edilmiş güzəştlər nəticəsində pensiya alanların orta yaşı 60-61-dir”.

     



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024