Payız gəldi...

    ÖLKƏ

    23 Sentyabr 2023 | 13:08

    Azərbaycana payız fəsli daxil olub.

    N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Pressa-ya verilən məlumata görə, payız fəsli Azərbaycana bu gün saat 10:49-da daxil olub.

    Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçib və həmin andan Şimal yarımkürəsində payız fəsli, Cənub yarımkürəsində isə yaz fəsli başlayıb. Bu gün bütün coğrafi enliklərdə Günəş şüaları Yer səthinə perpendikulyar düşəcək və gündüzlə gecənin uzunluğu bərabərləşərək 12 saat olacaq.

    Qeyd edək ki, Şimal yarımkürəsində payız fəsli dekabrın 22-nə qədər davam edəcək. Dekabrın 22-si saat 07:27-də qış fəsli payızı əvəz edəcək.



    XƏBƏR LENTİ

    04 Dekabr 2023
    02 Dekabr 2023
    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023