Paşinyan: Qarabağ məsələsindən daxili intriqa üçün istifadə olunur

    SİYASƏT

    21 Sentyabr 2023 | 17:38

    Bizdə məlumat var ki, bir gün əvvəl Xocalı hava limanına 10 mindən çox insan dəvət olunub. Onlara deyiblər ki, gəlin, çünki siz Ermənistana köçə bilərsiniz, sonra onların şəklini çəkib, lentə alıblar və deyiblər ki, Ermənistan sizə köçməyə icazə vermir.

    Pressa xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkədə canlı yayımda deyib.

    “Bu fotoşəkillər dərc olunub və mənə aydındır ki, bu, Ermənistan Respublikasında daxili siyasi təlatüm və xaos yaratmaq üçün edilir”, - o qeyd edib.

    Paşinyan paytaxtdakı son aksiyalara da toxunub. Onun sözlərinə görə, 1997-1998-ci illərdə baş verən eyni hadisələr təkrarlanır.

    “Qarabağ məsələsindən daxili intriqa üçün istifadə olunur”, - Baş nazir əlavə edib.

    Paşinyan, İrəvanda davam edən aksiyalarda “bəzilərinin zorakılıq tətbiq etməsinin” məqsədinin “qan tökmək” və təhlükəsizlik qüvvələrini güc tətbiqinə təhrik etmək olduğunu da bəyan edib.

     



    XƏBƏR LENTİ

    04 Dekabr 2023
    02 Dekabr 2023
    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023