“Paşinyan istefa verəcək” - KİV

    SİYASƏT

    01 Aprel 2024 | 16:12

    “Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuşla bağlı vəziyyəti sakitləşdirmək üçün istefa vermək qərarına gəlib”.

    Pressa xəbər verir ki, bu barədə Gazeta.ru Ermənistanın “Armlur” portalına istinadən məlumat yayıb.

    Məlumata görə, Paşinyan sözügedən məsələ ilə bağlı hakim “Vətəndaş müqaviləsi” partiyasının təcili iclasını keçirib.

    “Bakının anklavlarla bağlı tələbləri o qədər güclənib ki, Paşinyan vəziyyəti yüngülləşdirmək üçün istefa vermək qərarına gəlib. Baş nazirin sözlərinə görə, bu qərar onun və hökumətinin xilası olacaq”, - deyə portal yazıb.

    Qeyd olunur ki, Paşinyan sentyabrın 10-u növbədənkənar parlament seçkiləri keçirmək barədə qərar qəbul edib.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024