Paşinyan: Ermənistan yeni tərəfdaşlar, yeni silah tədarükçüləri axtarır

    SİYASƏT

    15 Noyabr 2023 | 17:37

    “KTMT ilə münasibətlər kontekstində fundamental problem təşkilatın Ermənistanda məsuliyyət sahəsini müəyyən etməkdən faktiki imtina etməsidir”.

    Pressa xəbər verir ki, bu barədə Ermənistan Baş nazir Nikol Paşinyan parlamentdə bildirib.

    Onun sözlərinə görə, İrəvan KTMT missiyasının Ermənistana göndərilməsindən imtina etməyib, onun harada fəaliyyət göstərəcəyini müəyyənləşdirməyi xahiş edib.

    “KTMT isə Ermənistanın təhlükəsizliyinə təhdidlərlə bağlı İrəvanın çoxsaylı bəyanatlarına heç vaxt cavab verməyib”, - Ermənistan hökumətinin başçısı bildirib.

    O, yeni tərəfdaşlar, yeni silah tədarükçüləri axtardıqlarını qeyd edib: “Hazırda hakimiyyət təhlükəsizlik sahəsində əlaqələri şaxələndirir, yeni tərəfdaşlar, yeni silah tədarükçüləri axtarır. Hökumət KTMT-dən çıxmaq barədə qərar qəbul olunmayana qədər siyasi kursun dəyişməsi barədə açıqlama vermək niyyətində deyil, əks halda bu, uyğunsuzluğa səbəb olacaq”.



    XƏBƏR LENTİ

    04 Dekabr 2023
    02 Dekabr 2023
    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023