Paşinyan: Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır

    SİYASƏT

    16 Noyabr 2023 | 12:37

    Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır.

    Pressa xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

    O qeyd edib ki, “İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasına tərəflər arasında etimadın olmaması mane olur, məhz bu faktor dialoqu ləngidir və tərəfləri sülh sazişi layihəsinin müddəalarını dəfələrlə müzakirə etməyə məcbur edir”.

    Baş nazir qeyd edib ki, Ermənistan hakimiyyəti prosesi və diplomatik fəaliyyəti gücləndirmək niyyətindədir.

    Hökumət başçısı onu da əlavə edib ki, sülh sazişi layihəsinin əsas prinsipləri tərəflər arasında razılaşdırılıb.

    Xatırladaq ki, bir müddət öncə Ermənistan Baş nazirinin sözlərinə əsasən, İrəvanla Bakı arasında sülh sazişi layihəsinin razılaşdırılan əsas müddəaları arasında bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması, Alma-Ata Bəyannaməsi əsasında delimitasiya prosesinin həyata keçirilməsi, regional kommunikasiyaların, onların keçdiyi ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində, həmçinin bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında açılması yer alıb.

     



    XƏBƏR LENTİ

    04 Dekabr 2023
    02 Dekabr 2023
    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023