Parlamentin komitə sədri: “Son 10 ildə indeksasiyaya görə pensiyalar 98 % artıb”

    ÖLKƏ

    30 Sentyabr 2022 | 15:55

    “Son 10 ildə indeksasiyaya görə pensiya alanların pensiyası 98 % artıb”.

    Pressa xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib.

    Deputat bildirib ki, bu artım xüsusi rütbəli şəxslərdə 81 %, hakimlərdə 25 %, hərbi qulluqçularda 59 %, prokuorluq əməkdaşlarında 13 %, dövlət qulluqçularında 69 % olub: “Vahid indeksasiyanın tətbiq edilməsi pensiyaların inflyasiya təsirlərindən qorunmasını təmin edən beynəlxalq təcrübədə tətbiq edilən üsuldur. Pensiya artımın vahid indeksasiyasına nail olmaq üçün qanunun müvafiq maddələrinə dəyişiklik edilməsi təklif olunur. Bununla da bütün növ əmək pensiyalarının məbləği hər il indeksasiyalaşdırılaraq artırılacaq. Hər il pensiyalar əvvəlki metoddan daha çox artacaq. Pensiyaçılar və onların xidmət keçdiyi qurumların hər hansı məlumat təqdim etmək öhdəliyi aradan qalxacaq. Ödənilən maddi yardımın pensiyaların tərkibinə daxil edilməsi pensiyaların daha çox artmasına səbəb olacaq”.

     



    XƏBƏR LENTİ

    07 May 2024
    06 May 2024
    04 May 2024
    03 May 2024
    02 May 2024
    01 May 2024