Pakistanın düyü şirkətlərinin nümayəndələri Azərbaycana səfər edəcək

    ÖLKƏ

    01 Dekabr 2022 | 15:56

    Bu ayın ortalarında Pakistanın düyü istehsal edən şirkətlərinin nümayəndələri Azərbaycana səfər edəcək.

    Pressa xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev Bakıda təşkil olunan Azərbaycan-Pakistan biznes-forumu çərçivəsində bildirib.

    Onun sözlərinə görə, bu səfər və Pakistan düyüsünə tətbiq edilən idxal rüsumlarının aradan qaldırılması Pakistan düyüsünün Azərbaycan bazarında daha rəqabətli olması üçün imkan yaradacaq və bu məhsulun Azərbaycana idxalını artıracaq.

    Yusif Abdullayev vurğulayıb ki, qeyd olunanlar Azərbaycanla Pakistan arasında ticarət əlaqələrinin genişləndirilməsinə zəmin yaradacaq.

    AZPROMO-nun rəhbəri onu da əlavə edib ki, gələn ilin fevral-mart aylarında Azərbaycan biznesinin nümayəndələri Pakistana səfər edəcək.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024