Pakistanda daha bir faciəvi qəza - 18 ölü, 30 yaralı

    ÖLKƏ

    11 Iyun 2021 | 11:40

    Pakistanın Bəlucistan əyalətində sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində 18 nəfər həlak olub, 30 nəfər yaralanıb.

    Pressa xəbər verir ki, bu barədə “Ary news” yerli hakimiyyət nümayəndələrinə istinadən məlumat verib.

    Hadisə Bəlucistan vilayətinin şərq hissəsindəki Balok qəsəbəsi ərazisində baş verib. Xuzdar-Larkan marşrutu ilə hərəkət edən sərnişin avtobusunun həddindən artıq sürət yığması nəqliyyat vasitəsinin idarəetməni itirərək aşmasına səbəb olub.

    Yaralılar xəstəxanaya aparılıb. Hadisə yerində xilasedicilər işləyir.

    Xatırladaq ki, mayın 7-si Pakistanın Sind əyalətinin Qotka şəhəri yaxınlığında iki qatarın toqquşması nəticəsində 62 nəfər həlak olmuş, 100-dən çox sərnişin yaralanmışdı.



    XƏBƏR LENTİ

    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024