Pakistan Ombudsmanının müşaviri: “Azərbaycan xalqı və Ordusu ilə fəxr edirik”

    ÖLKƏ

    15 Sentyabr 2021 | 11:00

    “Azərbaycanda olmaqdan çox şadam. Azərbaycan xalqını Qarabağın işğaldan azad olunması münasibətilə təbrik edirəm”.

    Pressa-nın xəbərinə görə, bunu Pakistan Ombudsmanının müşaviri Muhammad Javed Ghani jurnalistlərə açıqlamasında deyib.

    “Biz torpaqlarını işğaldan azad etdiyi üçün Azərbaycan xalqı və Ordusu ilə fəxr edirik. Azərbaycana olan isti münasibətimizdən dolayı bu günə kimi Ermənistanı tanımırıq. Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlərin daha da gücləndirilməsi istiqamətində fəaliyyət göstəririk. Ümid edirəm ki, bu qardaşlıq və əməkdaşlıq daha da güclənəcək”, - o vurğulayıb.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024