Özbəkistanlı nazir "ASAN xidmət"də

    SON XƏBƏRLƏR

    01 Dekabr 2023 | 16:11

    Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının rəqəmsal texnologiyalar naziri Şerzod Şermatovun  rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib.

    Həmçinin “ASAN xidmət” modelinin Özbəkistan da daxil olmaqla müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb. Qeyd olunub ki, hazırda Özbəkistanda “ASAN xidmət” modeli əsasında 208 xidmət mərkəzi uğurla fəaliyyət göstərir.

    Görüşdə Dövlət Agentliyi ilə Özbəkistanın müvafiq qurumu arasında əməkdaşlıq perspektivləri müzakirə olunub və startaplara dəstək sahəsində birgə fəaliyyətə dair razılıq əldə olunub.

    Qonaqlar “Bilim Bakı” mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin və “ABAD”ın fəaliyyəti ilə yaxından tanış olublar.



    XƏBƏR LENTİ

    28 Fevral 2024
    27 Fevral 2024
    26 Fevral 2024
    24 Fevral 2024
    23 Fevral 2024
    22 Fevral 2024
    21 Fevral 2024
    20 Fevral 2024