Ötən il bəzi təhsil müəssisələrinin qida blokunun fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb

    TƏHSİL

    17 Mart 2023 | 13:17

    Qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin, o cümlədən qidalanmanın təşkili səviyyəsinin yoxlanılması məqsədilə 30 ali təhsil, 86 ümumi təhsil müəssisəsində və 570 uşaq bağçasında monitorinqlər və yoxlamalar həyata keçirilib.

    Pressa xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

      Sənəddə qeyd olunub ki, yoxlamalar zamanı nöqsanlar aşkar edilmiş müəssisələrin məsul şəxsləri barəsində inzibati xəta haqqında protokol tərtib edilib, bəzi müəssisələrin qida blokunun fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb.

      Həmçinin istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə hesabat ilində 207 aptekdə keçirilmiş monitorinqlər zamanı 8 aptekdə qida təhlükəsizliyi sertifikatı olmayan 255 ədəd, 6 aptekdə Azərbaycan dilində etiketlənməsi olmayan 143 ədəd bioloji fəallığa malik qida əlavələri aşkar edilmiş və həmin məhsullar satışdan kənarlaşdırılaraq icrası məcburi göstərişlər verilib.



      XƏBƏR LENTİ

      24 Aprel 2024
      23 Aprel 2024
      22 Aprel 2024
      20 Aprel 2024
      19 Aprel 2024
      18 Aprel 2024
      17 Aprel 2024