Ötən il Azərbaycanda mehmanxanaların gəlirləri 80 faizədək artıb

    ÖLKƏ

    26 Yanvar 2022 | 12:53

    2021-ci ildə Azərbaycanda mehmanxanaların gəlirləri 2020-ci illə müqayisədə 79,1% artaraq 209,2 mln. manat təşkil edib.

    Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gəlirlərin 59,7%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,9%-i ictimai iaşə xidmətlərindən, 2,5%-i müalicə və sağlamlıq xidmətlərindən, 8,9%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

    2021-ci ildə mehmanxanaların birdəfəlik tutumundan istifadə 11,2% səviyyəsində olub (2020-ci ildə 6,5%). Bu göstərici Şabranda 82,2%, Beyləqanda 25,5%, Qubada 22,2%, Naftalanda 21%, Lənkəranda 19,1%, Qəbələdə 16,2%, Bakıda 14,2%, Ağcabədidə 14%, Bərdədə 13%, Göyçayda 12,9%, Cəlilabadda 12,7%, Sabirabadda 12%, Şəmkirdə 11,7%, Şamaxıda 11,2%, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

     



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024