Ötən gün “COVID-19” pasportu olmayan 119 nəfər toylara buraxılmayıb

    ÖLKƏ

    21 Oktyabr 2021 | 11:56

    Oktyabrın 20-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 65 toy şənliyinin monitorinqini həyata keçirib.
    DİN-in mətbuat xidmətindən Pressa-ya verilən xəbərə görə, monitorinq 58 şadlıq sarayında, 7 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
    Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 10 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139.1.1-ci(Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejiminin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

    119 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024