Ötən gecə Qarasuçayda suyun səviyyəsi 35 sm, Kürdə 71 sm artıb

    SON XƏBƏRLƏR

    02 Iyun 2023 | 10:00

    “2 iyun saat 9-a əsasən, gecə saatlarında yağan yağışların nəticəsində respublikanın bəzi çaylarında sululuğun artımı müşahidə olunub”.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

      Onun sözlərinə görə, Masallı rayonunun ərazisindən axan Viləşçayda suyun səviyyəsi 3 sm, Tovuz rayonu ərazisindən axan Zəyəmçayda 2sm, Göygöl rayonu ərazisindən axan Gəncəçayda isə 2 sm artım müşahidə olub.

      “Gecə saatlarında yağan yağışlar nəticəsində Türyançay və Göyçay çaylarında suyun səviyyəsinin kəskin artması nəticəsində Zərdab rayonu ərazisindən axan Qarasuçayda suyun səviyyəsi 35 sm artıb və bunun nəticəsində Kür çayının Zərdab məntəqəsində də suyun səviyyəsində 71 sm artım müşahidə olunub. Yaxın günlər ərzində Kür çayının aşağı axınında suyun səviyyəsinin artımı gözlənilir”, - o deyib.



      XƏBƏR LENTİ

      23 Aprel 2024
      22 Aprel 2024
      20 Aprel 2024
      19 Aprel 2024
      18 Aprel 2024
      17 Aprel 2024
      16 Aprel 2024