Orban: Ərdoğanın qalib gəlməsi üçün dua edirdim

    DÜNYA

    02 Iyun 2023 | 17:35

    Türkiyədə prezident seçkilərində müxalifətin qalib gəlməsi mümkün qaçqın axını səbəbindən Avropa üçün böyük fəlakət olardı.

    Pressa EFE Agentliyinə istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban deyib.

      “Mən prezident Ərdoğanın qalib gəlməsi üçün dua edirdim və bu qələbə böyük yüngüllük oldu. Mən səmimi olaraq deyim ki, əgər o, qalib gəlməsəydi, bu fəlakət olardı”, - Baş nazir vurğulayıb.

      Orban deyib ki, məhz Ərdoğan 4 milyon qaçqının Türkiyəni tərk etməsinə imkan vermir və əgər müxalifət qalib gəlsəydi bir neçə an içində 1, 2 və ya 3 milyon qaçqın Avropaya üz tutardı.

      Orban onu da diqqətə çatdırıb ki, Kamal Kılıçdaroğlunun namizədliyi amerikalı biznesmen Corc Soros tərəfindən dəstəklənib.

      Bundan başqa Orbanın sözlərinə görə, əgər Türkiyə müxalifəti qalib gəlsəydi, Rusiya qazının Macarıstana daşınması ilə bağlı problem yaranardı.

       



      XƏBƏR LENTİ

      25 Sentyabr 2023
      23 Sentyabr 2023
      22 Sentyabr 2023
      21 Sentyabr 2023
      20 Sentyabr 2023
      19 Sentyabr 2023