“Omoniya”nın baş məşqçisi: “Qarabağ”la oyun bəziləri üçün fürsət olacaq”

    İDMAN

    22 Noyabr 2021 | 09:49

    “Çətin, lakin vacib qələbə qazandıq. Futbolçularım xarakter, mentalitet nümayiş etdirdilər”.

    Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Omoniya”nın baş məşqçisi Henninq Berq Kipr çempionatında “Aris”lə keçirilən oyundan sonra deyib.

    3:0 hesabı ilə qalib gəldikləri matçı dəyərləndirən çalışdırıcı “Qarabağ”la keçiriləcək V tur oyununda heyətdə dəyişikliklər olacağını da söyləyib: “Hər matça fərqli yanaşırıq. İndi “Qarabağ”la qarşılaşacağıq, ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Heyətdə dəyişikliklər olacaq. Bəzi oyunçular üçün fürsət olacaq. Onlar o qədər də çox şans əldə etmirlər. Ondan sonra APOEL-lə görüşə baxacağıq. Bu, bizim üçün daha bir böyük oyun olacaq. Hər matçı ayrıca izləyirik. Hazırda fikrimiz “Qarabağ”dadır”.

    Qeyd edək ki, “Qarabağ” - “Omoniya” oyunu noyabrın 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.



    XƏBƏR LENTİ

    02 Dekabr 2021
    01 Dekabr 2021
    30 Noyabr 2021
    29 Noyabr 2021