Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar

    ÖLKƏ

    14 May 2022 | 11:03

    Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatı arasında 2022-ci il üçün birgə tədbirlər planına əsasən, aparatın nümayəndələri N hərbi hissəsini ziyarət ediblər.

    Bu barədə Pressa-ya nazirlikdən məlumat verilib.

    Nümayəndə heyəti hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, yataqxana, əşya və ərzaq anbarları, yeməkxana, eləcə də inzibati otaqlara baxış keçirib.

    İnsan hüquqlarının qorunması, həmçinin hərbi qulluqçuların hüquqlarının təmin edilməsi və digər mövzularda maarifləndirici söhbətlər aparılıb.

    Ombudsman Aparatının nümayəndələri hərbi hissədə yaradılan şəraiti, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində həyata keçirilən tədbirləri müsbət qiymətləndiriblər.



    XƏBƏR LENTİ

    30 Iyun 2022
    29 Iyun 2022
    28 Iyun 2022
    27 Iyun 2022
    25 Iyun 2022
    24 Iyun 2022
    23 Iyun 2022
    22 Iyun 2022
    21 Iyun 2022
    20 Iyun 2022
    17 Iyun 2022
    15 Iyun 2022
    14 Iyun 2022