Ombudsman Aparatı: Hərbçilərin müalicələrinin təşkili ilə bağlı çatışmazlıq aşkarlanmayıb

    ÖLKƏ

    30 Sentyabr 2022 | 14:12

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Anım Günü ərəfəsində Ombudsman Aparatının əməkdaşları Ermənistanın cari ilin 12-14 sentyabr tarixlərində törətdiyi hərbi təxribatın qarşısının alınması zamanı yaralanmış hərbi qulluqçularımıza baş çəkiblər. Əvvəlcə şəhidlərimizin xatirəsi ehtiramla anılıb.

    Ombudsman Aparatından Pressa-ya verilən xəbərə görə, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə alan hərbi qulluqçulara Ombudsmanın adından şəfa diləkləri çatdırılıb, onların fikirləri dinlənilib.

    Ombudsmanın nümayəndələri görüş zamanı hərbi qulluqçuların sağlamlıq vəziyyəti ilə maraqlanıblar. Hərbi qulluqçuların müayinə və müalicələrinin təşkili ilə bağlı hər hansı bir çatışmazlıq aşkar olunmayıb.

    Görüşdə hərbi qulluqçulara müalicə və ya digər məsələlərlə bağlı problem olduğu halda Ombudsmanın 916 Çağrı Mərkəzinə müraciət edə biləcəkləri bildirilib.



    XƏBƏR LENTİ

    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023
    27 Noyabr 2023
    26 Noyabr 2023
    25 Noyabr 2023
    24 Noyabr 2023