Oğuzda tövlə yanıb, 34 baş iribuynuzlu heyvan tələf olub

    HADİSƏ

    26 Fevral 2024 | 09:12

    Oğuzda tövlə yanıb.

    Pressa-nın Şimal-qərb bürosunun məlumatına görə, yanğın rayonun Bayan kəndində, Yaşar Yusif oğlu Həsənova məxsus ümumi sahəsi 260 kvadratmetr olan mal tövləsində baş verib.

    Əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

    Yanğın nəticəsində mal tövləsinin yanar konstruksiyaları, çardağına yığılmış 400 ədədə yaxın quru ot bağlaması yanıb.

    Yanğın zamanı tövlədə olan 35 baş iribuynuzlu heyvandan 34-ü yanaraq təlaf olub.

    Faktla bağlı araşdırma aparılır.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024