Ödəniş sistemlərinin fəaliyyəti lisenziyalaşdırılacaq

    İQTİSADİYYAT

    29 Sentyabr 2022 | 13:03

    Ölkədə fəaliyyət göstərən ödəniş sistemlərinin fəaliyyəti lisenziyalaşdırılacaq.

    Pressa xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov deyib.
    Onun sözlərinə görə, artıq bu istiqamətdə tənzimləyici mexanizmlər hazırlanmaqdadır.

    "Mərkəzi Bank həm nağdsız ödənişlərin genişləndirilməsi, həm onun qanunvericilik bazasının möhkəmləndirilməsi, bazarda rəqabət mühitinin formalaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirir və bu istiqamətdən biri məhz qanunvericilik bazasının formalaşdırılmasıdır ki, bu da qanunvericilik bazasının tərkibində müvafiq normativ aktların müəyyən olunmasıdır. Qanunvericilik qüvvəyə mindikdən sonra, artıq ödəniş təşkilatlarının, BOKT-ların, elektron pul təşkilatlarının fəaliyyəti, vasitəçilik xidmətləri tənzimlənəcək. Təbii ki, bu fəaliyyət icazə verilən, lisenziyalanan fəaliyyət olacaq və onların tənzimlənməsi çərçivəsində, onlara qarşı texnoloji təhlükəsizlik, normayaratma tədbirləri qoyulacaq ", - deyə Fərid Osmanov qeyd edib.

     



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024