Nizami Gəncəvinin qəzəlləri Fransada çap olunub

    ÖLKƏ

    23 Noyabr 2021 | 17:14

    Nizami Gəncəvinin qəzəlləri Fransada çap olunub.

    Pressa xəbər verir ki, kitab dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə çap olunub.

    Öz əsərlərində sülh, ədalət, humanizm, yüksək əxlaq, azadlıq və bərabərlik kimi ideal və dəyərləri təbliğ etmiş dahi mütəfəkkirin “Xəmsə”sinə daxil olan poemalarından ibarət kitab Fransanın məşhur Maisonneuve et Larose və Hémisphères Editions nəşriyyat evləri tərəfindən çap olunub.

    Şairin aforizmləri ilə müşayiət olunan qəzəllərindən ibarət 128 səhifəlik kitabın tərcüməçisi Əli Musayevdir.

    Kitabda şairin poemaların motivləri əsasında çəkilmiş çoxlu sayda əsrarəngiz miniatürlər də yer alıb. Miniatürlərin müəllifi Pərnisə Əsgərovadır.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024