“Nissan” avtomobil istehsalını 30 % azaldır

    İQTİSADİYYAT

    23 Oktyabr 2021 | 13:12

    Yaponiyanın avtomobil istehsalçısı – “Nissan” oktyabr və noyabr ayları üçün planlaşdırılan istehsal həcmlərini 30 % azaldır.

    Pressa xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb yarımkeçirici çiplərin kəskin çatışmazlığıdır. Şirkət iki ay ərzində 583 min avtomobil istehsal etməyi planlaşdırır.

    Xatırladaq ki, qlobal çip böhranına görə dünyanın aparıcı şirkətləri avtomobil istehsalını dayandırmaq və ya məhdudlaşdırmaq məcburiyyətində qalıblar. Belə ki, “Toyota Motor Corp” noyabrda avtomobil istehsalını 15 % azaldacağını bəyan edib.



    XƏBƏR LENTİ

    08 May 2024
    07 May 2024
    06 May 2024
    04 May 2024
    03 May 2024
    02 May 2024