Neftçalanın icra başçəsı tərəfindən vətəndaşların növbəti səyyar qəbulu keçirilib

    SON XƏBƏRLƏR

    30 Iyun 2022 | 21:14

    Neftçala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların növbəti səyyar qəbulu Həsənabad qəsəbəsində keçirilib. ⠀

    Ş.Orucov adına Həsənabad qəsəbə tam orta məktəbində baş tutan səyyar görüşdə Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

    Neftçala rayon İcra Hakimiyyəti başçısının Həsənabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi çıxış edərək qəsəbə haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.

    Çıxış edənlər 44 Günlük Vətən müharibəsindəki qələbəmiz, erməni işğalından azad olunmuş Qarabağımız və onun incisi sayılan Şuşa şəhəri haqqında danışıb, həmçinin, vətəndaşların rayon İcra Hakimiyyətlərinə müraciət etməsini asanlaşdırmaq məqsədilə yeni yaradılan Rəqəmsal İcra Hakimiyyəti barəsində iştirakçıları məlumatlandırıblar.

    Görüşdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən, Birinci Vitse Prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğıdan, 44 Günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən, işğaldan azad olunan torpaqlarımızın Prezident İlham Əliyevin göstərişlərinə əsasən sürətlə abadlaşdırılmasından danışıb, rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işləri, həmçinin Həsənabad qəsəbəsində görülmüş işlər barəsində qəsəbə sakinlərinə ətraflı məlumat verib.

    Səyyar qəbulda əsasən su və yol infrastrukturundan, telekommunikasiya qovşaqlarının və ictimai nəqliyyatın mövcud vəziyyətindən, Həsənabad qəsəbə tam orta məktəbinin təmirə olan ehtiyacından danışılıb, digər məsələlər haqqında təkliflər səsləndirilib. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, problemlərin və onların həlli yollarının araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

    Vətəndaşlar sonda aparılan abadlıq quruculuq, yenidənqurma işlərinə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

    Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024