Neftçalada YAP-ın yaradılmasının 29-cu ildönümü qeyd olunub

    ÖLKƏ

    21 Noyabr 2021 | 11:23

    Neftçala rayonunda 1992-ci il 21 noyabrında yaradılan Yeni Azərbaycan Partiyasının 29-cu il dönümü  ilə əlaqədar olaraq tədbir keçirilib.
     
    Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri və YAP-nın fəalları iştirak edib.
     
    Tədbirdən öncə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli ziyarət olunub, tər gül dəstələri düzülüb, ehtiramla yad edilib və ağacəkmə aksiyası təşkil olunub. 
     
    Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
     
    Tədbirdə çıxış edənlər Neftçala rayon Ağsaqqallar Şurasının sədri Əbülfəz Ağayev, Neftçala rayon YAP-nın sabiq sədri Oqtay Kərimov, Neftçala rayon Xol Qaraqaşlı kənd orta məktəbinin direktoru Ruhəngiz Nəcəfova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Fərhad Baxışov və ilk ərazi partiya təşkilatının sədri Gülər Mirzəyeva 29 ilini qeyd etdiyimiz, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası siyasi həyatda özünü təsdiqləyən monolit bir qüvvədir. Partiya hər bir qərarında Heydər Əliyev ideyalarına, onun milli məfkurəsinə əsaslanaraq dövlətin, xalqın maraqları zəminində öz fəaliyyətini qurub. Bu gün YAP milli dəyərlərə əsaslanaraq inkişaf edir: “Buna görə də hazırda YAP Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın siyasi təşkilatdır. YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu güc mərkəzidir. YAP-ın zəfərlər partiyası kimi nüfuz qazanmasını şərtləndirən əsas amil həmişə xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmasıdır. Son illər respublikamızın iqtisadi və sosial həyatında həyata keçirilən bu nəhəng işlərin icrasında ölkəmizin ən güclü və çoxsaylı partiyası olan YAP-ın üzvləri ön sıralarda olub, partiyamızın sədri, Prezident İlham Əliyevin uzaqgörən və xalqın rifahının yaxşılaşmasına yönələn siyasətini daim dəstəkləyib, öz əməli fəaliyyətləri ilə təsdiq ediblər ki, YAP yalnız bu günün yox, həm də gələcəyin partiyasıdır. Çoxsaylı partiya üzvləri, bütün ölkə vətəndaşları qəlbən inanırlar ki, Ulu Öndərin qurucusu olduğu YAP hələ uzun illər ölkəmizin tərəqqisinə, onun daha da möhkəmlənməsinə öz layiqli töhfəsini verəcək” deyə vurğulayıblar.
     
    Çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov YAP-ın yaradılmasının Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biri olduğunu qeyd edərək, 29 il bundan əvvəl yeni müstəqilliyinə qovuşan Azərbaycan o zaman ölkəyə rəhbərlik edənlərin bacarıqsızlığı və bağışlanmaz səhvləri ucbatından ağır böhran içərisində boğulur, qeyri-sabitlik ölkədə tüğyan edir, torpaqlarımız Ermənistan tərəfindən işğal olunurdu: “Azərbaycan vətəndaşları əmin idi ki, cəmiyyətimizin özünə qayıdışının təmin edilməsi qüdrətli şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində mümkün ola bilər. Bu da Azərbaycanı məhv olmaqdan xilas etmək üçün Yeni Azərbaycan Partiyasının yaranması vasitəsilə Heydər Əliyevin hakimiyyətə qayıtmasını təmin etməkdən ibarət idi. Buna görə də 29 il bundan əvvəl YAP-ın təsis olunmasını Azərbaycan cəmiyyəti, əslində, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının başlanğıcı, bununla əlaqədar yaranan böyük xalq hərəkatı kimi dərk edir. Təsadüfi deyil ki, YAP yaranandan təxminən yarım il sonra partiyanın yaradıcısı və sədri Heydər Əliyev xalqın istəyi, təkidli tələbi ilə hakimiyyətə qayıtdı, bununla da Azərbaycan böhrandan xilas olmaq imkanı qazandı. Azərbaycan tarixinin yeni mərhələsi başlandı. İlk öncə böhran, qeyri-sabitlik cilovlandı, geniş və hərtərəfli islahatlar nəticəsində böyük bir inkişaf strategiyasına start verildi. Bu inkişaf strategiyası nəticəsində mühüm nəticələr əldə olundu. Bu strategiya Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması ilə nəticələndi. Neftçala RİH başçısı YAP-nın üzvlərini, fəallarını təbrik edib və onlara uğurlar arzulayıb.
     
    Tədbirin sonunda bir qrup YAP üzvü Fəxri Fərman ilə təltif olunublar.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024