Neftçala rayonuna Meksika səfiri səfər edib

    SON XƏBƏRLƏR

    18 May 2022 | 17:15

    Neftçala Rayon İcra Hakimiyyətin başçısı Mirhəsən Seyidov Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini ilə görüşüb.

    Rayon İcra Hakimiyyətinin başısı Azərbaycanın Meksika ilə əlaqələrin inkişafına önəm verdiyini, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndiyini və bu münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edib. Azərbaycan-Meksika arasında əlaqələrin inkişafının əhəmiyyətini vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı ölkələrimiz arasında tərəfdaşlığın inkişaf perspektivlərini, Neftçala rayonun iqtisadi və sənaye cəhətdən perspektivli rayon olmasını Meksika səfirinin diqqətinə çatdırıb. Görüşün sonunda Meksikalı səfirə Neftçala rayonu adından xatirə hədiyyəsi təqdim olunub.

    Neftçala rayonunda bir sıra sənaye obyektlərinə və mədəniyyət ocaqlarına baş çəkən səfir Xıllı Nərəbalıqartırma Zavoduna, Azerbaijan Fish Farma baş çəkərək digər sahələrdə əməkdaşlığın vacibliyi vurğulanıb.

    Camal İsmayılov adına Neftçala Rayon Uşaq İncəsənət Məktəbində şagirdlərin ifasında maraqlı konsert proqramı izlənilib.

    Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini Neftçala rayonuna səfərindən məmnunluğunu bildirib, Azərbaycan- Meksika arasında bundan sonrada ikitərəfli sıx əlaqələrin qurulmasını aid fikirlərini səsləndirib. Meksikalı səfir Neftçala rayonuna səfərini başa çatdırıb.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024