Nazirlik: Omicronun uşaqlarda aşkarlanması ilə bağlı rəsmi statistika yoxdur

    ÖLKƏ

    26 Yanvar 2022 | 15:45

    “Hələ ki, ölkədə Omicronun uşaqlarda aşkarlanması ilə bağlı rəsmi statistika yoxdur”.

    Pressa xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “COVID-19” mövzusunda çıxışında deyib. O bildirib ki, dünya təcrübəsinə görə, uşaqlar arasında Delta ştamı ilə müqayisədə Omicrona yoluxma çoxdur: “Onlar da bu xəstəliyi böyüklərdəki kimi keçirirlər. Soyuqdəymə simptomları müşahidə olunur. Böyüklərdəki kimi ağırlaşma halları olmur”.

    O qeyd edib ki, son zamanlar uşaqlar arasında eyni simptomlarla müşahidə olunan hallar var idi: “Bu hallar əvvəlki illərdən çox deyildi. Digər respirator virus infeksiyasına xas hallar idi. Sadəcə COVID-lə bağlı bu saylar azalmışdı”.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024