Nazir universitet yataqxanaları ilə bağlı məsələyə aydınlıq gətirib

    TƏHSİL

    04 May 2022 | 13:08

    Ali təhsil müəssisələrinin mövcud yataqxana binalarının yenilənməsi istiqamətində görüləcək işlər açıqlanıb.

    Pressa xəbər verir ki, təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, universitet yataqxanaları ilə bağlı 2 istiqamətdə iş görülür.

    “Birincisi, cari təmir formatında ali təhsil müəssisələri iş görür. Konkret olaraq bu il hansı universitetlərin yataqxanalarının təmirinə başlanılacaq deyə bilməyəcəyəm. Çünki bu, əsasən yay aylarında baş tutur və yataqxanaların bərpası ilə ali təhsil müəssisələri məşğul olur. İkincisi isə, Təhsil Nazirliyinin özünün müxtəlif ali təhsil müəssisələrinə beynəlxalq donor təşkilatları cəlb etməklə, dövlət-özəl partnyorluğu əsasında yataqxanaların yerinin və sayının artırılması istiqamətində iş görürük. İnanıram ki, yaxın vaxtlarda mümkün modellər seçilə bilərsə, bu istiqamətdə işlər davam edəcək”, - nazir qeyd edib.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024