Nazir müavini: Yanacağın ixracının məhdudlaşdırılması aqrar sahəyə dəstək olacaq

    İQTİSADİYYAT

    22 Sentyabr 2023 | 10:25

    Rusiyadan yanacağın ixracının məhdudlaşdırılması aqrar istehsalçıların tələbatını tam ödəməyə imkan yaradacaq.

    Pressa Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın energetika nazirinin birinci müavini Pavel Sorokin bildirib.

    "Aqrar istehsalçıları xüsusilə əkin dövründə dizel yanacağının ən çox istehlakçılarından biridir. Bu tədbir aqrar istehsalçılarımızın tələbatını tam ödəməyə imkan yaradacaq" – Pavel Sorokin qeyd edib.

    Cümə axşamı günü Rusiya hökuməti daxili bazarı sabitləşdirmək üçün benzin və dizel yanacağının ixracına müvəqqəti məhdudiyyət qoyub.

     

     



    XƏBƏR LENTİ

    04 Dekabr 2023
    02 Dekabr 2023
    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023