Nazir müavini: Xaricdə Təhsil üzrə Dövlət Proqramının məzunlarının Qarabağ Universitetinə cəlbi önəmlidir

    TƏHSİL

    02 Aprel 2024 | 10:56

    Xaricdə Təhsil üzrə Dövlət Proqramının məzunlarının Qarabağ Universitetinə cəlb olunması gələcək üçün önəmlidir.

    Pressa xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli “Dövlət Proqramı məzunları üçün Karyera Sərgisi”-nə həsr olunan tədbirdə bildirib.

      Onun sözlərinə görə, keçən il tələbələrin 50-si dünyanın ən yaxşı universitetlərinə qəbul olub:

      “300 nəfər isə digər nüfuzlu universitetlərə qəbul alıb. Magistratura Dövlət Proqramı üçün əsas istiqamətidir. Lakin bakalavr səviyyəsində də çoxsaylı uğurlarımız var. Bu il Dövlət Proqramlarına seçimlər davam edir. Siyahıda “Top 10” universitetlərə qəbulları da artıq görürük. Bu proses yay aylarına qədər davam edəcək".

      O əlavə edib ki, Dövlət Proqramı məzunları ilə keçirilən görüş onların patensialini düzgün müəyyən etmək üçün olduqca vacibdir:

      “Bu gün müzakirə olunacaq məqamlardan biri də məzunların Qarabağ universitetinə cəlb edilməsidir”.

       



      XƏBƏR LENTİ

      24 Aprel 2024
      23 Aprel 2024
      22 Aprel 2024
      20 Aprel 2024
      19 Aprel 2024
      18 Aprel 2024