Nazir iki vəzifəli şəxsi nöqsanlara görə işdən çıxartdı

    ÖLKƏ

    02 Dekabr 2021 | 10:33

    Şəmkir Rayon Polis Şöbəsində vəzifəli şəxslər nöqsanlara görə işdən çıxarılıb. 

    Pressa xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

    Əmrə əsasən, şöbənin xidmət üzrə rəis müavini polis polkovniki İlqar Əliyev və İctimai Təhlükəsizlik Bölməsinin rəisi polis mayoru Vüqar Məmmədov vəzifələrindən azad edilib. 

    Nazirin digər əmri ilə, İ.Əliyev Bərdə Rayon Polis Şöbəsinin müstəntiqi, V.Məmmədov isə həmin şöbədə sahə müvəkkili təyin olunub.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024