Nazir: "Hazırda 28 min azərbaycanlı tələbə Türkiyədə təhsil alır"

    ÖLKƏ

    30 Sentyabr 2022 | 10:45

    "Hazırda 28 min azərbaycanlı tələbə qardaş Türkiyədə təhsil alır".

    Pressa xəbərinə görə, bunu Elm və təhsil naziri Emin Əmrullayev Bakıda keçirilən təhsil sərgisində çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, bütün sahələrdə olduğu kimi qardaş Türkiyə ilə təhsil sahəsində də əməkdaşlığımız inkişaf edir.

    Nazir bildirib ki, Azərbaycan üçün xaricdə təhsil işi hər zaman önəmli olub: "Hələ 1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin dövründə xaricdə təhsil alaraq ölkəyə qayıdan gənclərimiz ölkəmizin gələcək uğurlarında əsas aktorlardan birinə çevrilib".

    E.Əmrullayev vurğulayıb ki, bu il 300-dən artıq gənc xaricdə təhsil almaq imkanı əldə edib.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024