Nazir: Gələn həftələrdən bağçalar isti qida ilə təmin olunacaq

    ÖLKƏ

    25 Noyabr 2022 | 15:35

    Hazırda məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanması 1994-cü ilin normativi ilə tənzimlənir.

    Pressa xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, hazırda bu normativ dəyişdirilməsi üzərində iş görülür:

    “Bu normativ kifayət qədər köhnədir və müəyyən mənada vaxtı keçmiş sənəddir. İndiki normativdə ayrı-ayrı qida növləri və qarşısında qramı yazılıb. Məsələn, bir uşaq gün ərzində neçə qram süd içməlidir, meyvə və tərəvəz, ağ çörək, qara çörək və s. yeməlidir. O siyahıya baxsaq görəcəksiz ki, orada olan qidaların bəziləri bu gün ümumiyyətlə bazarda yoxdur. Məsələn, ikinci növ buğda unu yoxdur. Bizim yanaşmamız isə budur ki, bu, qida növləri ilə yox, kalori ilə tənzimlənməlidir. Hazırda mütəxəssislərin də cəlb olunması ilə bu standartların ilkin versiyası hazırlanıb. Növbəti həftələrdən 50-yə qədər bağça – yavaş-yavaş o say 100-ə qaldırılacaq – isti yeməklə təmin olunacaq. Bu halda şəffaflıq da artacaq. Çünki indiki halda monitorinqdə bir-bir gedib hər uşağa neçə qram kartof düşdüyünü ölçə bilmərik, bu, qeyri-mümkündür. Ona görə də orada kifayət qədər suallar və problemlər yarana bilir. Amma isti qidanı ölçmək asandır”.

     



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024