Nazir: “Ermənistan qəsdən Azərbaycan mədəni tarixi abidələrinin dağıdılmasına görə məsuliyyətə cəlb edilməlidir”

    SİYASƏT

    02 Dekabr 2021 | 14:45

    “Keçən il oktyabrın axırından Prezident İlham Əliyevin təsis etdiyi monitorinq qruplarında Mədəniyyət Nazirliyinin əməkdaşları da iştirak edir”

    Pressa-nın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

    Nazir bildirib ki, keçən il noyabr ayından etibarən bu vaxta kimi bu monitorinq davam etdirilir: “İşğaldan azad edilmiş ərazilərdə tarix-mədəniyyət abidələrimiz, eləcə də mədəniyyət müəssisələrimiz aşkar edilir. Təxminən 400-ə yaxın mədəniyyət abidəsi, 160-a yaxın yeni tarixi mədəniyyət abidəsi aşkar edilib. Eyni zamanda 800-dən çox mədəniyyət müəssisəsinin yerləri müəyyənləşdirilib. Təəssüflər olsun ki, tarix-mədəniyyət abidələri və müəssisələrin 90-95 faizinin vəziyyəti acınacaqlıdır, demək olar ki, tamamilə dağıdılıb. Bu da bizim üzərimizə böyük öhdəlik qoyur ki, bunların hamısını yenidən bərpa edək. Eyni zamanda monitorinq nəticələri bitəndən sonra beynəlxalq təşkilatlara üz tutaq və Ermənistanı bu vəhşiliklərə görə sistematik və qəsdən Azərbaycan mədəni tarixi abidələrinin dağıdılmasına görə məsuliyyətə cəlb edilməsinə nail olaq”.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024