Bu ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpa olunan mənbələrdən 59,6 mln. kilovatt-saat artımla 618,8 mln. kilovatt-saat elektrik enerjisi istehsal edilib.
Pressa xəbər verir ki, bunu Azərbaycan energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında yazıb.Bildirilir ki, istehsal edilən elektrik enerjinin 492,6 mln. kilovatt-saatı su elektrik stansiyalarının, 32,2 mln. kilovatt-saatı külək elektik stansiyalarının, 18 mln. kilovatt-saatı külək elektrik stansiyalarının və 76 kilovatt-saatı isə Bərk Məişət Tullantıları Zavodunun payına düşüb.