Nazir: "Azərbaycan İSELS qiymətləndirmə layihəsinə qoşulacaq"

    TƏHSİL

    28 Aprel 2022 | 16:23

    "Azərbaycan 2023-cü ilin mayında Beynəlxalq Qiymətləndirmə Assosiasiyasının keçirdiyi İSELS qiymətləndirmə layihəsinə qoşulacaq".

    Pressa xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Rəqəmsal iqtidadiyyat: Müasir çağırışlar və real imkanlar" mövzusunda II Beynəlxalq konfransda çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, hər bir qiymətləndirmə layihəsinə qoşulmaq müəyyən mənada cəsarət tələb edir:

    "Əvvəlcədən proqnozlaşdıra bilərəm ki, nəticələrimiz elə də yüksək olmayacaq. Bu, yarış deyil. Udmaq və ya uduzmaq üçün deyil, öz vəziyyətimizi bilmək üçün qoşuluruq. Bu qiymətləndirmə lV-VIII siniflər arasında keçiriləcək. Mən həmişə qeyd edirəm ki, Azərbaycan PISA-ya qoşulub, amma bu gün az danışılan mövzulardan biri PISA-dır. Hətta tənqid etmək istəyirsinizsə, bizi tənqid edə biləcəyiniz məlumatlar bu hesabatlardadır. Azərbaycan təhsilini konstruktiv və əsaslı şəkildə tənqid etmək üçün mənbələr var. Amma yenə də deyirəm ki, mahiyyət etibarilə elmi tədqiqatlara əsaslanaraq sistemimizi daha irəli apara bikərik. Nəyin ki, emosional şəkildə şəxsi istəklərinizi ifadə etməklə".



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024