Nazir: 2024-cü il elmi siyasətin tətbiqi sahəsində sınaq ili olacaq

    TƏHSİL

    17 Noyabr 2023 | 15:49

    2024-cü il elmi siyasətin tətbiqi sahəsində sınaq ili olacaq.

    Pressa xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Doktorant və gənc tədqiqatçıların XXVI Respublika elmi konfransının (NASCO XXVI) açılışında elm və təhsil naziri Emin Əmrullayev bildirib.

    Nazir deyib ki, artıq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tam fəaliyyətə başlayıb və gələn il həmin qurum tərəfindən bir neçə yeni alət tətbiq olunacaq:

    “300-ə qədər gənc xarici ölkələrdə doktorantura təhsili almaq üçün göndərilib. Gənc tədqiqatçıları qabaqcıl ölkələrə qısamüddətli tədqiqatlara göndərmək də vacibdir. Amma bunun üçün həmin gənclərin ingilis dilini bilmələri vacib şərtdir”. ​



    XƏBƏR LENTİ

    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023
    27 Noyabr 2023
    26 Noyabr 2023
    25 Noyabr 2023
    24 Noyabr 2023