Naxçıvanda yüksək vəzifəyə təyinat

    ÖLKƏ

    14 Sentyabr 2021 | 18:29

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 14-də Elvin Axundovun Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri vəzifəsindən azad edilməsi haqqında Fərman imzalayıb.

    Nuhçıxan İnformasiya Agentliyinin məlumatına görə, fərmanda deyilir:

    “Elvin Malik oğlu Axundov Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri vəzifəsindən azad edilsin”.

    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin digər Fərmanı ilə Elçin Səfa oğlu Əliyev Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri təyin edilib.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024