Naxçıvanda Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım toplanan ünvan açıqlanıb

    ÖLKƏ

    07 Fevral 2023 | 11:30

    Türkiyənin Naxçıvandakı Baş konsulluğu zəlzələdən zərərçəkənlərə yardımla bağlı muxtar respublika sakinlərinə müraciət edib.

    Diplomatik nümayəndəlikdən bildirilib ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş insanlara muxtar respublika sakinləri də yardım edə bilərlər.

    Zəlzələ bölgəsində ehtiyac olan ləvazimatlar əsasən geyim, çadır, yataq, qızıdırıcı avadanlıqlar və azyaşlı uşaqlar üçün lazım olan əşyalardır.

    Sözügedən ləvazimatların şəxsən və ya karqo yolu ilə Baş konsulluğa çatdırılması mümkündür.

    Yardımlar Naxçıvan şəhəri Heydər Əliyev prospekti 17 ünvanında toplanır.



    XƏBƏR LENTİ

    20 Mart 2023
    18 Mart 2023
    17 Mart 2023
    16 Mart 2023
    15 Mart 2023