Naxçıvanda maaşlar 9 % artıb

    İQTİSADİYYAT

    24 Noyabr 2022 | 12:25

    Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 596,2 manat olub.

    Bu barədə yerli Statistika Komitəsindən məlumat verilib.

    Bildirilib ki, bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,3 % çoxdur.

    Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,4 % artaraq 827,4 manat təşkil edib.



    XƏBƏR LENTİ

    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024
    18 Mart 2024