Naxçıvanda IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir

    ÖLKƏ

    03 Iyun 2023 | 10:24

    Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir.

    Pressa
    xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında imtahan Naxçıvan şəhər 5 və 14 nömrəli tam orta məktəblərdə keçirilir. Bunun üçün 36 imtahan zalı ayrılıb. İmtahana 6 rəhbər, 44 nəzarətçi müəllim ayrılıb. İmtahanda muxtar respublikadan 445 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahan saat 11:00-da başlanır, 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. Kütləviliyin qarşısının alınması məqsədilə, imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və abituriyentlərin buraxılış vərəqəsində həmin vaxt göstərilib.

    İmtahanda abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunacaq ki, bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

    İmtahan müddəti 3 saat təşkil edir.

      Bu gün həmçinin I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə də imtahan keçirilir.



      XƏBƏR LENTİ

      18 Mart 2024
      17 Mart 2024
      16 Mart 2024
      15 Mart 2024
      14 Mart 2024
      13 Mart 2024
      12 Mart 2024
      11 Mart 2024